“Qəbələ”ni udacağımızı hiss etmişdim” – 6 xallıq qələbənin 3 SƏBƏBİ

1 Mart 16:40 Kəpəz 292
“Qəbələ”ni udacağımızı hiss etmişdim” – 6 xallıq qələbənin 3 SƏBƏBİ

“Kəpəz” finala bərabər oyunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etməyi bacardı.

Oyundan sonra “sarı-göylər”in futbolçularının əhvalı yerində idi.

Bəlkə də elə buna görəydi ki, o qədər də ünsiyyətcil olmayan portuqaliyalı yarımmüdafiəçi Latir Fal Sportinfo.az-a müsahibəyə razılıq verdi.

- Turnir cədvəlindəki əsas rəqibinizi udmaq üçün nə etdiniz?

- Bu, təkcə oyun yox, həm də döyüş idi. Fikrimcə, biz daha yaxşı döyüşərək qələbə qazandıq. İstək, motivasiya və əzmkarlıqla əlaqələndirə bilərəm.

- Matçdan əvvəl bu 90 dəqiqəni final kimi qəbul edirdiniz?

- Oyunun əhəmiyyətini dərk edirdik. Bilirdik ki, mümkün qələbə bizi 8 xal irəli salacaq və bu, indiki dövr üçün kifayət qədər yaxşı fərqdir. Amma final görüşü deyildi. Qarşıda hər iki komandanı 12 oyun gözləyir, bu isə potensial 36 xal deməkdir.

- Bundan sonra işiniz nisbətən rahat olacaq yəqin.

- Xeyr-xeyr. Rahatlıqdan söhbət gedə bilməz. Əksinə, əvvəlkindən də çətin olacaq. “Qəbələ” 8 xal geridə olsa da, çox yaxşı futbolçuları var. Bundan sonra onlar daha istəkli və aqressiv olacaqlar. Bizi də çox çətin rəqiblərlə oyunlar gözləyir.

- “Qəbələ” sizi yaxalaya bilər?

- Futbolda mümkünsüz heç nə yoxdur. Elə ola bilər ki, qələbələri sıralayarlar, biz isə xallar itirərik. Nəticədə gəlib çatarlar. Ona görə də bundan sonrakı bütün görüşlərə qələbə üçün çıxmalıyıq, ancaq 3 xalı düşünməliyik. Bundan sonra hər şey özümüzdən asılıdır.

- Bu cür önəmli qarşılaşmadan öncə klub rəhbərliyi sizinlə görüşüb nəsə demişdi? Ümumiyyətlə, belə bir görüş olmuşdu?

- Prezident yox, baş məşqçi iclas edib, danışmışdı. Demişdi, çox vacib oyundur, tapşırıqlarımı yerinə yetirib, sona qədər döyüşməyinizi istəyirəm.

- “Qəbələ”ni rəqib meydanında udacağınızı təxmin edirdin?

- Bəli. Bunu hiss etmişdim.

- Qəbələdə nominal meydan sahibi qismində oynayıb, “Qəbələ”ni meydandan məyus yola salmaq necə hisdir?

- Bayaq dediyim kimi, futbolda hər şey mümkündür. Bugünkü vəziyyət elədir ki, rəqiblərimizi Qəbələdə qəbul etməliyik. Açığı, bu stadiona öyrəşmişik, burada oynamaq rahatdır. Hər qələbə önəmlidir, o cümlədən “Qəbələ”ni udmaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti