"Kəpəz" birini qaytardı, digərindən imtina cavabı aldı

19 İyul 2023 17:00 Kəpəz 1 431
"Kəpəz" birini qaytardı, digərindən imtina cavabı aldı

“Şamaxı” ötən mövsümün ortasında sıralarına qatdığı Zahid Mərdanovu “Kəpəz”ə pulsuz qaytarmaqdan imtina edib. Premyer Liqada yerini itirən “rəsədxanaçılar” ona azad agent statusu vermək üçün konkret məbləğ istəyir.

Gəncə klubu yetirməsi olan müdafiəçinin dönüşünü rəsmiləşdirmək üçün qarşı tərəfə 25 min manat təzminat ödəməlidir.

O, ötən mövsümün ilk yarısında “Kəpəz”in əsas komandasından uzaqlaşdırılıb. Ovaxtki baş məşqçi Tərlan Əhmədovla yaşadığı problem səbəbindən.

Zahidlə yanaşı, həmin vaxt əvəzedici heyətə göndərilən və daha sonra “Şamaxı”nın yolunu tutan Əli Səmədov isə artıq yenidən doğma klubuna dönüb.

Qərb təmsilçisi yarımmüdafiəçinin sənədlərini geri almaqdan ötrü “Şamaxı”ya 10 min manat ödəmə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti