"Kəpəz" rəsmisi Qəbələdə niyə yox idi?

29 May 23:40 Kəpəz 866
"Kəpəz" rəsmisi Qəbələdə niyə yox idi?

"Kəpəz" Azərbaycan Premyer Liqasında mövsümü major notda başa vurmağı bacardı.

"Qəbələ"nin qonağı olan qərb təmsilçisi görüşün gedişində hesabda geri düşsə də, sonda bərabərlik qolunu vuraraq meydandan bir xalla ayrılmağa müəssər olub - 1:1.

Oyunsonrası mətbuat konfransında diqqət çəkən məqam baş məşqçi Tərlan Əhmədovun mətbuat nümayəndələri önünə hər zaman olduğu kimi klubun mətbuat katibi Azad Mustafayev olmadan çıxması olub.

Maraqlıdır, press ateşənin yoxluğu nə ilə bağlıdır? Olmayan mövsümün sonunu gözləmədən Azad bəy klubdan ayrılıb?

Amma klub rəsmilərindən öyrəndik ki, yox, mətbuat katibi işinin başındadır. Yoxluğu, sadəcə xəstələnməsi ilə bağlıdır.

Mustafayev nəinki bu görüşdə, ümumiyyətlə son bir həftədə işə çıxmır.

Klub rəsmisi suçiçəyi xəstəliyinə yoluxub. Həmkarımıza Allahdan şəfa diləyirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu