Ondan Əhmədovu qovmasını istədilər, "inanmıram ki, siz bu işi bacararsız" cavabı aldılar

27 May 2023 14:40 Kəpəz 1 860
Ondan Əhmədovu qovmasını istədilər, "inanmıram ki, siz bu işi bacararsız" cavabı aldılar

«Kəpəz»də çalışan bir qrup məşqçi İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb.

Onlar klubun rəhbərindən Tərlan Əhmədovu əsas komandanın sükanı arxasında saxlamamağı tələb edib.

Gəncəli çalışdırıcılar onun ara qatan olmasını iddia eləyib, bildiriblər ki, Əhmədovla müqavilə yenilənsə, şəhərin futbol ictimaiyyəti buna səssiz qalmayacaq, etirazını sərt formada açıqlayacaq.

İdarə Heyətinin sədri Tərlan Əhmədovla anlaşmanın müddətini uzatmaq niyyətində olmadığını söyləyib.

O, adıçəkilən mütəxəssisin xasiyyətindən şikayətlənib, burada qalarsa, tez-tez qalmaqal yaradacağını vurğulayıb.

Bununla yanaşı, İ.Nadiri əsas komandada işləmək istəyən gəncəli məşqçilərə «mən inanmıram ki, siz bu işi bacararsız» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu