"Kəpəz"in nə Kadisi var, nə Madisi, amma…

17 Mart 2023 14:40 Kəpəz 1 736
"Kəpəz"in nə Kadisi var, nə Madisi, amma…

Rəy sorğusu keçirilsə ki Azərbaycan çempionatının ən baxımlı futbol oynayan komandası şansıdır, əlimi ürəyimin üstünə qoyub,

«Kəpəz»in adını çəkərəm. «Qarabağ»dakı dostlar incisə, nə olacaq, inciməsə, nə olacaq.

«Kəpəz» dörd ildən sonra döndüyü Premyer Liqaya rəng qatıb.

Tərlan Əhmədovun məşqçilik bacarığına heç vaxt şübhə bəsləməmişəm. Həmişə demişəm və yenə təkrar edirəm ki, o, güclü psixoloqdur.

Futbolçuları konsentrasiya etməkdə Kaşpirovski qədər məharətlidir. Gözlərində bir qram qorxu yox, hürkü yox.

Cari mövsüm «Neftçi»yə qarşı səfərdə bu cür futbolu yalnız «Qarabağ»ın sərgiləməsini xatırlayıram. Kadi şou göstərmiş, 4:0 qazanmışdılar.

«Kəpəz»in nə Kadisi var, nə Madisi. Qazanmaq üçün bütün varlığı ilə meydanda vuruşan, gözəl futbolun elementlərini nümayiş etdirən bir komanda izlədim dünən.

O ki «Qəbələ» üçün deyirlər e, şən futbol zad, boş şeydir. «Qəbələ»nin oynadığı şən futboldursa, «Kəpəz»in oynadığı futbolun adı qalaktikosdur.

Sırf bəxtsizlik ucbatından mövsüm ərzində 15-dən artıq xal itiriblər. Futbolun ədaləti nədənsə «Kəpəz»in adı gələndə ortalıqdan itir.

Fərz edək ki, futbol həqiqətən ədalətlidir və həmin əldən çıxan xalların yarısı «Kəpəz»in aktivindədir, hazırda 2-3 sıra yuxarıda idilər.

Bu oyunla mövcud nəticələr tərs gəlir. Sadəcə, şansızdırlar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"