Klubun rəhbərini istefa ilə qorxutdular - Gözləyin, onu buradan göndərəcəm

12 Mart 2023 17:40 Kəpəz 758
Klubun rəhbərini istefa ilə qorxutdular - Gözləyin, onu buradan göndərəcəm

“Kəpəz” azarkeşlərinin bir qrupu klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb.

Toplantı Gəncədə yerləşən qapalı məkanlardan birində baş tutub və kifayət qədər gərgin məcrada keçib.

Fanatlar ondan Tərlan Əhmədovu təcili istefaya göndərməsini tələb ediblər.

Komandanın nəticələrindən narazı qalan “Kəpəz”sevərlər bildirib ki, Əhmədov yerli publikaya və futbol adamlarına hörmətlə yanaşmır, verdiyi açıqlamalarla onların “bostanına daş atır”.

Tərəfadarlar Nadiriyə xəbərdarlıq edib. Sədrin diqqətinə çatdırılıb ki, bu məsələyə birdəfəlik nöqtə qoyulmasa, hər oyunda onun özünü istefaya səsləyəcəklər.

İdarə Heyətinin başçısı fanatlardan vaxt istəyib. “Kəpəz”in Premyer Liqada qalıb-qalmamasından asılı olmayaraq, Tərlan Əhmədovu vəzifəsindən uzaqlaşdıracağını söyləyib.

İ.Nadiri etiraf edib ki, baş məşqçi seçimində yanılıb, ancaq mövsümün davam etməsi səbəbindən növbəti dəyişikliyin daha böyük fəsadlara yol açmasından ehtiyatlanır, ona görə də, mayına xırınadək gözləmək məcburiyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti