.jpg)
Yaxın günlərdə «Kəpəz»dən yeni xəbərlər olacaq.
Hər halda klub rəhbərliyi bu məqsədlə toplaşmağı qərara alıb.
Gəncə təmsilçisini himayəsinə götürmüş şirkətin təmsilçiləri həftəsonunadək doğma şəhərdə bir araya gələcək.
Toplantıda bir sıra məsələlər müzakirəyə çıxarılacaq. Gündəlikdə baş məşqçi və gələn mövsümlə əlaqəli işlər yer almaqdadır.
Həmçinin yayda komandaya ayrılacaq büdcənin və transfer strtategiyasının müəyyənləşdirilməsi yönündə fikir mübadiləsi aparılacaq.
SPORTİNFO.AZ