
Nəhayət, «Kəpəz» yeni baş məşqçisinin adını dünən açıqladı.
Adil Şükürov, beləcə, 9 aydan sonra Gəncə təmsilçisinə döndü.
Onunla iki illik (1+1) müqavilə imzalandı.
Təkrar «sarı-göylər»in sükanı arxasına qayıdan mütəxəssis hansı öhdəlik götürüb? Saytımız bunu öyrənib.
Redaksiyamıza məlum olub ki, sabiq «Zirə»li komandanı yalnız Premyer Liqada saxlayacağına söz verməyib.
O, orta sıralardan birini tutacağını vəd edib.
Şükürov bunun müqabilində hər ay 9000 manat alacaq. Bu məbləğə kirayə qalacağı evə və benzinə sərf edəcəyi xərc də daxildir.
Köhnə-yeni çalışdırıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə, gələn ilin yayında onunla müqavilə avtomatik daha 1 il uzadılacaq.
SPORTİNFO.AZ