İki ildən sonra doğma şəhərinin klubuna qayıtdı – Baş məşqçi kimi yox...

11:20 Kəpəz 1 594
İki ildən sonra doğma şəhərinin klubuna qayıtdı – Baş məşqçi kimi yox...

“Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədov təqribən 2 il çəkən ayrılıqdan sonra bura dönüb.

O, yeni rəhbərliyin dəvəti ilə Gəncə klubuna dönüb.

Vəzifəsi? Bu, hələlik tam dəqiqləşməyib.

Ancaq direktor olaraq fəaliyyət göstərəcəyi gözlənilir. Bir növ, Müşahidə Şurasının Gəncədəki əsas nümayəndəsi olacaq.

Niyə belə? «Kəpəz»i himayəsinə götürmüş şəxslər Bakıda mənzillənməyi üstün tutub. Əsas ofis paytaxtda qurulacaq.

Azər Məmmədrvun bundan qabaq «Karvan»a təyinatı son anda baş tutmayıb.

Gəncəli mütəxəssis Yevlax təmsilçisi arasında bir müddətdir davam edən danışıqlar yekunda alınmayıb.

16 ildən sonra Premyer Liqaya qayıtmış aran klubunun təklif elədiyi maliyyə şərtləri qarşı tərəfin ürəyincə olmayıb.

A.Məmmədov «Pro» kateqoriyasına malikdir. «Karvan»a gedişi rəsmiləşsəydi, baş məşqçi postunu tutacaqdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti