
«Kəpəz» yeni baş məşqçisinin adını bu gün rəsmən açıqlayacaq.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, Adil Şükürovla bağlanan müqavilə 2 illikdir (1+1).
Doqquz ay öncə Gəncədən ayrılmış mütəxəssisin qayıdışı iki həftə öncə dəqiqləşsə də, təqdimatın bu qədər gecikməsi təsadüfi deyil.
Məsələ ondadır ki, Şükürovun məşqçi korpusu hələ tam formalaşmayıb.
Onun yalnız iki köməkçisinin kimliyi məlumdur. İlyas Qurbanov əsas yardımçı kimi çalışacaqsa, Vüqar Məmmədov qapıçılarla işləyəcək.
Köhnə-yeni sükançı özüylə analitik gətirəcək. Həmçinin xaricdən fiziki hazırlıq üzrə məşqçi cəlb olunacaq. Üç seçimi var - Bolqarıstan, Serbiya və Xorvatiyadan.
SPORTİNFO.AZ