Qurbanov ona doğma olan klubda baş verən olaylardan nə dedi? - VİDEO

14:00 Kəpəz 1 716
Qurbanov ona doğma olan klubda baş verən olaylardan nə dedi? - VİDEO

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı Mahmud Qurbanov olub.

Verilişdə klublarımızın transfer siyasətinə toxunub, debütantların bu istiqamətdə qeyri-peşəkarlıqlarından danışılıb.

Xüsusilə, “Kəpəz”də cərəyan edən hadisələrə toxunan, yaşanan qeyri-müəyyənliklər barədə şərhlər verən “Professor” ləqəbli mütəxəssis çıxış yolu barədə maraqlı fikirlər səsləndirib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti