“Reallıqlarla barışmaq, hər vəziyyətə hazır olmaq lazımdır”

16 Dekabr 2024 01:00 Kəpəz 1 502
“Reallıqlarla barışmaq, hər vəziyyətə hazır olmaq lazımdır”

"Kəpəz" Premyer Liqanın 17-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük.

İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu.

Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti