Yeni rəhbərlik qərar verdi - Komandanı gələn mövsüm kim çalışdıracaq?

11 May 09:50 Kəpəz 2 316
Yeni rəhbərlik qərar verdi - Komandanı gələn mövsüm kim çalışdıracaq?

«Kəpəz»in İdarə Heyətinin yeni sədri Namiq Qədirov Azər Bağırova dəstək nümayiş etdirib.

Gəncə klubunun başına keçən iş adamı baş məşqçinin fəaliyyətindən razılıqla danışıb.

O, komanda üzvləri ilə görüşü zamanı gənc mütəxəssisin çətin vəziyyətdə bura gəldiyini, bütün məhrumiyyətlərə və sıxıntılara baxmayaraq, qarşısına qoyulan məqsədi yerinə yetirdiyini bildirib.

Sədr deyib ki, «Kəpəz» mövsümün əvvəlində Premyer Liqanı tərk etməyə ən real namizəd olaraq göstərilirdi, ancaq indi vəziyyət tamamilə dəyişib, hətta turnir cədvəlində daha üst pilləyə qalxmaq imkanı yaranıb.

N.Qədirov qeyd edib ki, rəhbərlik olaraq Azər Bağırovla çalışmaq niyyətindədirlər və o, növbəti sezonda da Gəncədə qalacaq.

İdarə Heyətinin birinci şəxsi baş məşqçinin istəkləri əsasında daha güclü heyət quracaqlarını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti