COP29

Premyer Liqa klubunun rəhbəri baş məşqçinin gedişinə icazə vermədi – ŞOK TELEFON DANIŞIĞI!

3 İyun 15:00 Kəpəz 4 012
Premyer Liqa klubunun rəhbəri baş məşqçinin gedişinə icazə vermədi – ŞOK TELEFON DANIŞIĞI!

«Turan Tovuz»un yeni baş məşqçisinin kimliyinə hələ aydınlıq gəlməyib.

Yola saldığımız həftə Ayxan Abbasovla vidalaşan qərb klubu bir çox namizədləri gözdən keçirib.

Və… əslində, onlardan Adil Şükürovla anlaşıb. Bu, həqiqətən belə olub.

Ötən mövsümün əvvəlində «Kəpəz»in sükanı arxasına keçən mütəxəssis Tovuz təmsilçisinin rəsmiləri ilə görüşüb və mümkün əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Danışıqlar sürətli gedib, tərəflər anlaşmaya varıblar. Şükürov 2 illik sözləşməyə qol çəkməyə hazır olduğunu bildirib.

Bununla belə, o, «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiridən halallıq alınmasını istəyib. «Turan»ın yönəticiləri bu məqsədlə gəncəli həmkarlarıyla əlaqə saxlayıb.

Nadiri ilə söhbət əsnasında «Turan»un ona etdiyi yaxşılıqlar sadalanıb. Sədr isə Şükürova bir şərtlə halallıq verəcəyini bildirib.

Həmin şərt nə olsa yaxşıdır? Nadiri bildirib ki, əgər baş məşqçi iş yerini dəyişməyə razıdırsa, «Turan»da ona da vəzifə versinlər.

Qəribədir, deyilmi ? İlqar Nadirinin bu sözə deməkdə məqsədi həqiqətən qonşu rayonun klubunda çalışmaq olmayıb. Çünki o, fikrini olduğu kimi əsaslandırıb.

Ona telefon açan şəxsin diqqətinə çatdırıb ki, Adil Şükürov «Kəpəz»dən getsə, düz hərəkət etmiş olmaz:

«Mən onu 8 il sonra Premyer Liqaya qaytarmışam. Daha əvvəl heç kim Adilə şans vermək istəmirdi.

Gətirdim bura, gücüm çatan şəraiti yaratdım, işlədi və özünü göstərdi. Mən olmasaydım, kim idi Adilə belə bir imkan verən?

Burada hər işi mən görmüşəm. Bu nədir, indi çıxıb gedir?».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti