Pis günlər arxada qaldı, baş məşqçi xahiş etdi, rəhbərlik 1000 manat da artırdı

20 Oktyabr 2025 14:20 Kəpəz 4 553
Pis günlər arxada qaldı, baş məşqçi xahiş etdi, rəhbərlik 1000 manat da artırdı

«Kəpəz»in Premyer Liqada məğlubiyyət seriyası bu tur qırıldı.

«Şamaxı»nın qonağı olan «sarı-göylər» matçın əvvəlində hesabda geri düşsə də, oyunu çevirə bildi.

Dörd qol vuran Gəncə təmsilçisi mövsümdə ilk qələbəsini darmadağınla qazandı - 4:1.

Qeydə alınan nəticə «Kəpəz»də bayram ab-havası yaradıb. Rəhbərlik öncə hər oyunçuya 1500 manat mükafat vəd edib.

Baş məşqçi Azər Bağırovun müraciətindən sonra idarəçilər bu məbləği 2500 manata çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!