"Ronaldo "Yuventus"da qalacaq"

22 Noyabr 2020 17:40 İtaliya 436
"Ronaldo "Yuventus"da qalacaq"

“Yuventus”un idman direktoru Fabio Paratiki futbolçu Kriştiano Ronaldonun klubdan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az DAZN-ə istinadən xəbər verir ki, o, bu məlumatların əsassız olduğunu deyib: “Ronaldo işinin mütəxəssisidir. Həm oyun zamanı, həm də məşq vaxtı nümunəvi şəkildə davranır. Sizi inandırma bilərəm ki, Ronaldo "Yuventus"da qalacaq. Bizim futbolçularımız hər gün digər klublarla əlaqə saxlayırlar. Buna görə də biz yayılan xəbərlərə əhəmiyyət vermirik.

Qeyd edək ki, Ronaldonun “Manester Yunayted”ə keçəcəyi və “Real”a qayıdacağı deyilirdi.

Digər Xəbərlər
Xəbər Lenti