Baş məşqçisini istefaya göndərəcək – İtaliyanın tanınmış klubu

13 Noyabr 2023 15:20 İtaliya 1 060
Baş məşqçisini istefaya göndərəcək – İtaliyanın tanınmış klubu

"Napoli"nin baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, fransalı istefaya göndəriləcək.

Klub rəhbərliyi komandanın nəticələrindən və inamsız olmasından narazıdır. Məhz buna görə də, 59 yaşlı mütəxəssislə yola davam etmək istəmirlər.

Rudi Qarsiya mövsümün əvvəlində "Napoli" ilə müqavilə imzalamışdı. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

"Napoli" İtaliya A seriyasında 12 turdan sonra 21 xalla 4-cü pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti