Məşhur futbolçudan arvadının ona xəyanət etdiyini deyənlərə qeyri-adi cavab - FOTO

3 Avqust 2020 18:20 İtaliya 1 362
Məşhur futbolçudan arvadının ona xəyanət etdiyini deyənlərə qeyri-adi cavab - FOTO

İtaliya mediası “Atalanta”nın sloveniyalı hücumçusu Yosip İliçiçin arvadının ona xəyanət etdiyini yazıb.

Sportinfo.az xəbər verir ki, mətbuat İliçiçin həyat yoldaşına sürpriz etmək üçün Sloveniyaya getdiyini, orada qadını başqası ilə yaxaladığını yazıb.

Onun depresiyaya düşdüyüvə futboldan uzaqlaşmaq istədiyi yazılıb. Sloveniyalı futbolçu isə bu tipli xəbərlərə son qoymaq üçün sosial şəbəkə hesabında arvadı ilə fotosunu paylaşıb.

İtaliyanın A Seriyasında futbolçu bu mövsüm çıxdığı 34 oyunda 21 qol vurub və doqquz məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti