İquayn İtaliyaya qayıtdı

16 May 2020 15:32 İtaliya 381
İquayn İtaliyaya qayıtdı

“Yuventus”un hücumçusu Qonzalo İquayn Argentinadan İtaliyaya qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.

32 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək. Daha sonra onun 14 gün müddətində karantində qalacağı bildirilir.

İquayn A Seriyasının koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılmasından istifadə edərək vətəni Argentinaya getmişdi.

Digər Xəbərlər
Xəbər Lenti