Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

30 Mart 2020 00:42 İtaliya 629
Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

"Napoli"nin futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, polşalı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə 28 yaşlı forvard özünün şəxsi "Instagram" hesabında paylaşım edib. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssisələrinə yemək çatdırır.

İndiyədək Polşada 1 771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib. Arkadiuş Milik 2016-cı ilin yayından "Napoli"də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi