"Mançester Siti" və "Barselona" bu hücumçunu istəyir

29 Mart 2020 02:30 İtaliya 514
"Mançester Siti" və "Barselona" bu hücumçunu istəyir

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Mançester Siti” oyunçunun xidmətində maraqlıdır. Pep Qvardiola Serxio Aqueroya əzəzedici kimi onu görür. “İnter” rəhbərliyi futbolçu ilə bağlı heç bir klubla görüşmədiyini açıqlayıb. “Şəhərlilər”lə yanaşı, “Barselona” da argentinalını heyətinə qatmaq da israrlıdır.

İtaliya təmsilçisi bu yaxınlarda Martinesi 150 milyon avro qarşılığında satmağa hazır olduğunu bildirib. 22 yaşlı oyunçu isə daha öncəki açıqlamasında Kataloniya klubunda forma geyinmək istədiyini deyib

Digər Xəbərlər
Xəbər Lenti