"İnsan belə anlarda əlindəkinin qiymətini bilir

20 Mart 2020 17:24 İtaliya 452
"İnsan belə anlarda əlindəkinin qiymətini bilir

"İnter"in hücumçusu Romelu Lukaku koronavirus səbəbindən karantinə alınmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, yaxınları üçün darıxdığını bildirib:

"Anam, oğlum, qardaşım üçün darıxıram. Heç kimlə əlaqə qura bilməməyiniz pisdir. Məşqləri, azarkeşlər önündə meydana çıxmağı çox özləyirəm. İnsan belə anlarda əlindəkinin qiymətini bilir. Mümkün qədər diqqətli olmalısınız.

Bu, hər kəsə təsir göstərə bilər. Təsadüfən bir virus alıb yaxınlarınıza yoluxdura bilərsiniz. Anam şəkər xəstəsidir. Buna görə də o, yüksək risk qrupundadır. Bu səbəbdən də onunla görüşmürəm”.

Hazırda dünyada koronavirusa yoluxanların sayı 245 min nəfəri keçib. Onların 10 mindən çoxu vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!