COP-29 vaxtı Premyer Liqanın oyunları təxirə salınacaq?

16 İyul 2024 23:20 Premyerliqa 3 502
COP-29 vaxtı Premyer Liqanın oyunları təxirə salınacaq?

Bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 tədbiri Azərbaycan Premyer Liqasının oyunlarına təsir göstərməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov ölkə çempionatının püşkatma mərasimində deyib.

Qurum rəsmisi həmin müddətdə ölkə daxili yarışların keçirilməyəcəyini bildirib: “Biz bu məsələni hələ keçən mövsümün gedişindən müzakirə edirik.

COP-29 vaxtı I Liqa, II Liqa, Əvəzedicilər Liqası və Azərbaycan kubokunun oyunları keçirilməyəcək. Premyer Liqaya gəldikdə isə, xoş təsadüfdən həmin vaxt çempionatda milli komandaların oyunlarına görə fasilə olacaq.

Yəni COP29 Azərbaycan Premyer Liqasına hər hansı təsir göstərməyəcək. Bütün bunlar təqvimdə əksini tapacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır