
“İnter”in yeni transferi Manuel Akanji “Mançester Siti”dən ayrılması ilə bağlı fikirlərini bölüşüb. 30 yaşlı müdafiəçi 2022-ci ildən etibarən “şəhərlilər”in heyətində çıxış edirdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli futbolçu Mançesterdə ailəsi ilə birlikdə özünü çox rahat hiss etsə də, “İnter”ə keçidindən peşman deyil:
“Ailəm və mən Mançesterdə özümüzü çox rahat hiss edirdik, ancaq bu qərarı verdiyimə görə peşman deyiləm. “İnter”də yeni çağırışı səbirsizliklə gözləyirəm.
Təəssüf ki, hələlik “Mançester Siti” ilə vidalaşa bilməmişəm, amma bunu birlikdə nahar masası arxasında etmək istəyirəm. Çünki hər kəslə vidalaşmaq mənim üçün çox vacibdir”.
Akanji yay transfer pəncərəsində “İnter”ə 1,5 milyon avro qarşılığında icarəyə verilib.
Tərəflər arasındakı razılaşmaya əsasən, o, cari mövsümdə matçların 50 faizində iştirak edərsə, Milan klubu onu 15 milyon avroya transfer etmək öhdəliyini üzərinə götürəcək.