Klubun 80 yaşlı sabiq prezidenti reanimasiyadan çıxarıldı

5 Sentyabr 00:20 İtaliya 192
Klubun 80 yaşlı sabiq prezidenti reanimasiyadan çıxarıldı

“İnter”in sabiq sahibi və prezidenti Massimo Moratti pnevmoniya diaqnozu ilə yerləşdirildiyi reanimasiya şöbəsindən çıxarılıb.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, Moratti avqustun 27-də tənəffüs problemləri səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmiş və intubasiya olunmuşdu.

Onun vəziyyəti kritik olmasa da, ağır qiymətləndirilirdi.

Sabiq futbol funksionerinin ailəsi bildirib ki, şənbə günündən etibarən artıq Morattinin özü sərbəst nəfəs ala bilir və hazırda xəstəxanada bərpa müalicəsini davam etdirir.

Bu ilin mayında Massimo Morattinin 80 yaşı tamam olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR
5 Sentyabr 03:50 "Lənkəran"dan transfer