Kənanla yeni müqavilə imzalayacaq - “Yuventus”

5 Sentyabr 2025 10:00 İtaliya 735
Kənanla yeni müqavilə imzalayacaq - “Yuventus”

Kənan Yıldız hazırkı klubu “Yuventus”la yeni müqavilə imzalaya bilər.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi türk vingerlə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzatmaq niyyətindədir.

Hazırkı anlaşması 2029-cu ilin iyununda başa çatacaq 20 yaşlı futbolçu ötən mövsüm 52 oyunda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə verib.

Kənan Yıldız 2023-cü ildən “Yuventus”da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti