Məşhur hücumçu iştirak ərizəsinə salınmadı - “Qarabağ”a qarşı oynamayacaq

00:40 İtaliya 114
Məşhur hücumçu iştirak ərizəsinə salınmadı - “Qarabağ”a qarşı oynamayacaq

“Napoli”nin ulduzu Romelu Lukaku “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı belçikalı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna səbəb kimi forvardın zədəli olması göstərilib. Hazırkı İtaliya çempionu “Mançester Yunayted”dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.

Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?