Əlaqə saxladılar, illik 4 milyon avro təklif etdilər - Gəl, bizim baş məşqçimiz ol!

29 May 00:20 İtaliya 227
Əlaqə saxladılar,  illik 4 milyon avro təklif etdilər - Gəl, bizim baş məşqçimiz ol!

“Milan” “Bolonya”nın baş məşqçisi Vinçenzo İtalianoya təklif göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun idman direktoru İqli Tare illik 4 milyon avroluq təkliflə mütəxəssislə əlaqə saxlayıb.

Lakin İtalianonun prioriteti “Bolonya” ilə müqaviləsini uzatmaqdır.

“Milan”ın baş məşqçi postu üçün nəzərdən keçirdiyi digər variant isə “Yuventus”un keçmiş çalışdırıcıları Massimiliano Alleqri və alternativ olaraq Tiaqo Mottadır.

Digər Xəbərlər
Xəbər Lenti