
“İnter”in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının iddialı klublarından olan “Əl-Hilal”a keçməyə hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisinin 49 yaşlı çalışdırıcısına ildə təxminən 25 milyon dollar məvacib təklif olunur.
İnzaqi artıq bu təklifə ilkin razılığını verib. Rəsmi danışıqlar isə mayın 31-də “İnter”in PSJ ilə oynayacağı UEFA Çempionlar Liqasının final matçından sonra baş tutacaq.
İnzaqi 2021-ci ilin yayından “İnter”in “sükanı arxasında”dır və bu müddət ərzində komanda ilə uğurlu nəticələr əldə edib.