İki illik müqavilə üçün 100 milyon avro maaş təklifi aldı

27 May 10:20 İtaliya 574
İki illik müqavilə üçün 100 milyon avro maaş təklifi aldı

“İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanına yollana bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Əl-Hilal” italyan mütəxəssisin xidmətində maraqlıdır.

Ərəblər İnzagiyə 2 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib. 49 yaşlı məşqçi qərarını PSJ ilə keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək.

Simone İnzagi 2021-ci ilin iyulundan “İnter”i çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!