
“Napoli” “Lill”in hücumçusu Conatan Davidin transferi istiqamətində danışıqlarda irəliləyiş əldə edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi kanadalı forvarda 2029-cu ilə qədər olan müqavilə təklif edib.
Müqavilədə bir illik uzadılma şərti də nəzərdə tutulur.
Davidə illik təxminən 6 milyon avro maaş təklif olunur. 2024/25 mövsümü onun karyerasında ən uğurlu mövsüm olub. O, “Lill”in heyətində 49 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.
25 yaşlı futbolçunun “Lill”lə müqaviləsinin başa çatmaq üzrə olması transferi daha da cəlbedici edir. “Napoli” bu fürsəti qaçırmamaq və rəqiblərini qabaqlamaq istəyir.
Ancaq danışıqların son mərhələsində maneə yarana bilər. Belə ki, Davidin agenti müqaviləyə sərbəstqalma maddəsinin daxil edilməsində israr edir. Bu isə “Napoli” rəhbərliyi üçün əlavə risk hesab olunur.
Davidə “Napoli”dən başqa, İtaliyanın digər klubları – “İnter” və “Yuventus” da maraq göstərir.