6,5 milyon avroluq razılaşma - Bu ölkənin iki aparıcı klubu arasında

26 May 15:40 İtaliya 450
6,5 milyon avroluq razılaşma - Bu ölkənin iki aparıcı klubu arasında

“Roma”nın yarımmüdafiəçisi Nikola Zalevski karyerasını daimi olaraq “İnter”də davam etdirə bilər.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi polşalını 6,5 milyon avroya almaq üçün “Roma” ilə razılığa gəlib.

Yarımmüdafiəçi 2025-ci ilin fevralından icarə əsasında “İnter”də çıxış edir. Onun müqaviləsi mövsümün sonuna qədərdir, lakin klub oyunçunu həmişəlik almaq qərarına gəlib.

Zalevski “İnter”də çıxış etdiyi müddətdə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!