Məşhur ailə sahibi olduğu Avropa klubunu satacaqmı?

26 May 2025 00:20 İtaliya 865
Məşhur ailə sahibi olduğu Avropa klubunu satacaqmı?

Pozzo ailəsi təxminən qırx illik sahiblikdən sonra “Udineze” ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu təxminən 150 milyon avroya amerikalılara satıla bilər.

Lakin hələlik bu söz-söhbətlər nə klub, nə də potensial investorlar tərəfindən təsdiqlənib.

Gino Pozzo İngiltərənin “Uotford” klubunun da sahibidir, amma hələlik söhbət yalnız “Udineze”ni satmaqdan gedir.

“Udineze” bu gün “Fiorentina” ilə İtaliya A Seriyasında mövsümün son matçını keçirəcək. Komanda hələlik turnir cədvəlində 12-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM