Premyer Liqadan ayrılan ulduz çempion klubla anlaşdı

00:00 İtaliya 123
Premyer Liqadan ayrılan ulduz çempion klubla anlaşdı

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi A Seriyasının son qalibi “Napoli” ilə anlaşıb.

De Bruyne İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq. 33 yaşlı oyunçunun “Napoli”də illik maaşı 6 milyon avro olacaq.

Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Belçika millisinin üzvü 10 ilə ərzində “şəhərlilər”in heyətində meydana çıxdığı 421 rəsmi matçda 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular