COP29

Avropa çempionu olan forvard "Milan"da - RƏSMİ

19 İyul 18:40 İtaliya 464
Avropa çempionu olan forvard "Milan"da - RƏSMİ

"Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Atletiko"dan Alvaro Moratanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya nəhəngi ispan forvard üçün Madrid təmsilçisinə 13 milyon avro təzminat ödəyib. " Milan" 31 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Atletiko" Alvaro Moratanı 2020-ci ilin yayında "Çelsi"dən transfer edib.

İspaniya millisi ilə Avropa çempionu olmuş futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!