Yeni müqavilə təklif olunacaq – Maaşı da məlumdur

4 İyun 2024 18:20 İtaliya 1 089
Yeni müqavilə təklif olunacaq – Maaşı da məlumdur

Nikolo Barella “İnter”də qalacaq.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər.

Barellanın “İnter”lə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. İtaliyalı futbolçunun yeni müqavilə ilə maaşı ildə təxminən 6 milyon avro olacaq.

27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Milan klubunda çıxış edir. Tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.

Barellanın transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. Daha əvvəl mətbuatda yarımmüdafiəçi ilə “Real”ın maraqlandığı barədə xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2