“23 yaşım var və ehtiyatda qalmaq istəmirəm” – “Milan”ın hücumçusu

16 Aprel 00:20 İtaliya 376
“23 yaşım var və ehtiyatda qalmaq istəmirəm” – “Milan”ın hücumçusu

“Atalanta”da bir illik icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Şarl De Ketelare kluba mümkün transferini şərh edib.

Sportinfo.az HLN telekanalına istinadən xəbər verir ki, belçikalı futbolçu ehtiyatda qalmaq istəmədiyini bildirib:

“Atalanta”nın məni 23 milyon avroya almaq imkanı var. Amma bu, onların işidir.

Burada qalmağa çox şad olardım, çünki burada xoşbəxtəm. “Milan”a qayıtmaq variantına gəlincə, bu, əlbəttə ki, top-klubdur.

Amma mən oynamaq istəyirəm. 23 yaşım var və ehtiyatda qalmaq istəmirəm”.

Daha əvvəl “Atalanta”nın icarəyə götürdüyü oyunçunu almaq variantından yararlanmaq niyyətində olduğu açıqlanmışdı.

Ketelare bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Milan”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti