“Barselona”nın müdafiəçisi ilə maraqlanır - “Milan”

28 Dekabr 2023 15:20 İtaliya 961
“Barselona”nın müdafiəçisi ilə maraqlanır - “Milan”

“Milan” “Aston Villa”da icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Kleman Lanqle ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu artıq kataloniyalılara qışda futbolçu ilə müqavilə bağlamaq üçün icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyin mümkün olub-olmaması ilə bağlı müraciət edib.

“Milan” üç əsas müdafiəçisi: Fikayo Tomori, Malik Tşau və Pierre Kalulu zədələndiyi üçün müdafiə xəttini gücləndirmək istəyir.

Lanqle bu mövsüm “Aston Villa”nın heyətində 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?