Maaşı ildə 4 milyon avro olacaq - Yeni müqavilə bağlayacaq

26 Dekabr 2023 18:40 İtaliya 354
Maaşı ildə 4 milyon avro olacaq - Yeni müqavilə bağlayacaq

“İnter”lə komandanın müdafiəçisi Federiko Dimarko arasında müqavilənin 2028-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar prosesi son mərhələdədir.

Sportinfo.az xəbər verir ki, yeni müqaviləyə əsasən, 26 yaşlı futbolçunun maaşı ildə 4 milyon avro olacaq.

Dimarko həmçinin 1 milyon avro bonus alacaq.

Dimarko “İnter”in yetirməsidir. O, 2014-cü ildə Milan klubunun əsas komandasında debüt edib.

Bu müddətdə futbolçu bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub, 20 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti