“Klub problem içindədir, indi nəsə danışmaq üçün münasib vaxt deyil”

24 Yanvar 2023 22:00 İtaliya 1 214
“Klub problem içindədir, indi nəsə danışmaq üçün münasib vaxt deyil”

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Maria klubdan ayrılmaq fikrində olmadığını bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu Turini tərk etmək fikrində olmadığını deyib:

“Əlbəttə, indi nəsə danışmaq üçün münasib vaxt deyil, çünki klub problem içindədir. Buna baxmayaraq, “Yuventus” güclü olaraq qalır.

Əsas odur ki, güclü qalmalıyıq və ən yaxşı oyunumuzu nümayiş etdirməyə davam etməliyik. Mən həmişə ailəmi nəzərə alaraq qərarlar verirəm və ailəm Turində xoşbəxtdir.

“Juventus” İtaliyanın ən böyük klubudur, Avropanın əsas komandalarından biridir, biz hər şeydən razıyıq”.

Di Maria 2022-ci ilin iyulunda azad agent kimi “Yuventus”a keçib. 34 yaşlı argentinalı ilə müqavilə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

O, 2022/23 mövsümündə 14 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.

Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu