Azərbaycan klubunu İtaliya və Slovakiyada gözləyirlər - FOTOLAR

25 İyun 2022 14:00 İtaliya 991
Azərbaycan klubunu İtaliya və Slovakiyada gözləyirlər - FOTOLAR

Azərbaycanın ən uğurlu uşaq futbol layihəsi hesab edilən EFA (European Football Academy) yay tətili günlərinin hərəkətli və futbolla zəngin keçəcəyi gözlənilir.

Paytaxtda fəaliyyət göstərən futbol məktəblərinin əksəriyyətinin tətilə çıxdığı vaxtda 2 Avropa turnesinə hazırlaşan EFA-da son bir həftədir ki, məşqçilərin, uşaqların və valideynlərin səfər həyəcanı yaşanır.

Belə ki, EFA-U16 komandası iyunun 29-da İtaliyanın Peruca şəhərində keçiriləcək beynəlxalq futbol tədbirinə, EFA-U11 isə iyulun 1-də Slovakiyanın Preşov şəhərində keçiriləcək Fragaria Cup ənənəvi beynəlxalq turnirə qatılacaq.

Klukb rəhbərliyi hər iki mötəbər yarışda iştirak edəcək gənc futbolçulara müvəffəqiyyət diləyir, onlara böyük təcrübə qazandıracaq bu səfərlərdən sağ-salamat vətənə qayıtmalarını arzulayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti