”Futbolu yox, pulu düşünsəydim, burada olmazdım”

7 Sentyabr 2021 21:40 İtaliya 1 039
”Futbolu yox, pulu düşünsəydim, burada olmazdım”

“Salernitana” ilə müqavilə bağlayan Frank Riberi mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Riberi futbol oynamağın onun üçün hər şeydən vacib olduğunu bildirib:

“Burda olduğum üçün çox sevinirəm. Bizim hamımızın bir hədəfi var – ayaqda qalmaq. Əlimdən gələn hər şeyi edəcəyəm ki, bu hədəfimizə çataq.

Danışıqlar o qədər də uzun çəkmədi. Hələ bura gəlməzdən öncə fanatların sevgisini hiss etdim. Bura əylənmək üçün gəlməmişəm.

Hələ çox şeyi sübut etməliyəm. A seriyası olduqca çətin çempionatdır. Çox salışmalıyıq. Mən futbolla yaşayıram. Əgər futbolu yox, pulu düşünsəydim, burada olmazdım”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!