Hələ də razılaşa bilmirlər – 10 milyon istəyir

6 Sentyabr 2021 12:20 İtaliya 497
Hələ də razılaşa bilmirlər – 10 milyon istəyir

Paulo Dibala “Yuventus”la yeni müqavilə məsələsində hələ də razılıq əldə edə bilməyib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı argentinalını “Yuve”nin təklif etdiyi məvacib qane etmir.

İtalyan jurnalist Nikola Skira “tvitter”də yazıb ki, klub Dibalaya 2025-ci ilə qədər nəzərdə tutulan müqaviləyə görə illik 8,5 milyon avro təklif edir. Üstəlik 1 milyon avro da bonus kimi vəd edir.

Amma futbolçu illik 10 milyon avro məvacib və 2 milyon avro bonus tələb edir.

Məlumata görə, tərəflər arasında danışıqlar davam edir və kompromis variant axtarılır. Dibala hazırda ildə 7 milyon avro məvacib alır.

Digər Xəbərlər
Xəbər Lenti