İddia: “Yuventus”un prezidenti istefa verdi

22 Aprel 2021 01:24 İtaliya 695
İddia: “Yuventus”un prezidenti istefa verdi

“Yuventus”un prezidenti Andrea Anyelli vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə ispan jurnalist Migel Delani özünün “tvitter” hesabında məlumat yayıb.

O, Anyellinin vəzifəsindən istefa verdiyini bildirib. Anyelli Avropa Super Liqası layihəsinin təşkilatçılarından biri idi. O, turnirin vitse-prezidenti təyin edilmişdi.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM