İtaliya klubları Aqueroyla danışıqlara başladı

26 Fevral 2021 12:00 İtaliya 786
İtaliya klubları Aqueroyla danışıqlara başladı

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilən Serxio Aquero İtaliyaya yollana bilər.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu ilə “İnter” və “Yuventus” yaxından maraqlanır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçilərinin “şəhərlilər”lə yeni müqavilə imzalamaq istəməyən Aquero ilə danışıqlara başladığı bildirilir.

Aquero ilə İspaniyanın “Barselona”, “Real”, Fransanın PSJ klubu da maraqlanır.

32 yaşlı hücumçunun “Mançester Siti” ilə sözləşməsi yaya qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!