Avqustda baş məşqçi postuna gətirdi, bu gün yola saldı

19 Yanvar 12:00 İtaliya 343
Avqustda baş məşqçi postuna gətirdi, bu gün yola saldı

"Torino” baş məşqçisi Marko Campaolonu istefaya göndərib.

Sportinffo.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

53 yaşlı mütəxəssisin qovulmasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. Campaolo 2020-ci ilin avqustundan A Seriyası təmsilçisini çalışdırırdı.

“Torino” 18 turdan sonra cəmi 2 qələbə qazana bilib və 13 xalla 18-ci sırada qərarlaşıb.

Xəbər Lenti