"Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəldi - Dünya Qadın Seriyası

30 Avqust 04:10 Basketbol 336
"Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəldi - Dünya Qadın Seriyası

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunun ikinci oyununda yerli "Takasaki" klubuna uduzsa (13:14) da, növbəti raunda vəsiqə qazanıb.

"Ağ-qaralar" birinci qarşılaşmada Yaponiya millisini məğlub edib - 15:14.

"Neftçi" 1/4 finalda Tailand yığması ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti