“Qarabağ” bu axşam rahat qələbə qazanacaq?

10 Avqust 2023 18:40 Qarabağ 895
“Qarabağ” bu axşam rahat qələbə qazanacaq?

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi HİK ölkəsində qazandığı uğurlarla adının dillərdə gəzməsinə səbəb olub.

“Ağ-göylər” 32 dəfə Finlandiya çempionluğunu bayram edib, 14 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb, 6 halda isə liqa kubokunun sahibinə çevrilib.

İnsaf naminə, avrokuboklarda da müəyyən təcrübəyə sahib olduğunu deməliyik. HİK indiyə qədər bütün turnirlərdə - Çempionlar Liqası, İntertoto kuboku, Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin həyəcanını yaşayıb.

Bu komandanın ən böyük problemi səfərdə zəif təsir bağışlamasıdır. Yəni, mübarizədən kənarlaşdırdığı əksər komandalarla istəyinə məhz Helsinkidəki qarşılaşmalarda çatıb.

Uzağa getməyək, ötən yaydan bu yana beynəlxalq arenalarda keçirdiyi 9 səfər görüşünə nəzər yetirək:

RFS (Latviya) – HİK 2:1

Viktoriya Plzen (Çexiya) – HİK 5:0

Maribor (Sloveniya) – HİK 0:2

Silkeborq (Danimarka) – HİK 1:1

Roma (İtaliya) – HİK 3:0

Ludoqorets (Bolqarıstan) – HİK 2:0

Real Betis (İspaniya) – HİK 0:0

Lame (İrlandiya) – HİK 2:1 (əsas vaxtda)

Molde (Norveç) – HİK 2:0

Göründüyü kimi, “Qarabağ”ın rəqibi son 1 ildə avrokuboklarda oynadığı 9 qarşılaşmanın 6-da uduzub, 2-də bərabərə qalıb və yalnız 1 görüşdə Sloveniyada qələbə qazanıb.

Uzun yol qət edərək Azərbaycana dünən gecə saatlarında çatan finlərin səfər məğlubiyyətinə Bakı və “Qarabağ” adlarının əlavə olunacağına şübhə etməyə dəyməz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"