Yeni işə razılıq vermək fikrində deyil - Gələcək planları məlum oldu

21 Aprel 00:20 İspaniya 813
Yeni işə razılıq vermək fikrində deyil - Gələcək planları məlum oldu

Bu mövsümün sonunda “Barselona”nın baş məşqçi postunu tərk edəcək Xavinin planları məlum olub.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis tez bir zamanda yeni işə razılıq vermək fikrində deyil.

Xavi bir il istirahət etmək istəyir. İstirahətini başa vuran məşqçi başqa klubda işləmək imkanını da istisna etmir.

“Barselona” bu həftə PSJ ilə cavab görüşündə 1:4 hesabı ilə uduzaraq, Çempionlar Liqasından kənarlaşdırılıb.

Kataloniya təmsilçisi İspaniya çempionatında 1-ci yerdə olan “Real”dan 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti