"Mənə başqa şeylər haqda düşünmək lazım deyil"

8 İyun 2020 00:28 İspaniya 544
"Mənə başqa şeylər haqda düşünmək lazım deyil"

“Barselona”nın futbolçusu İvan Rakitiç son vaxtlar komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “AS” nəşrinə açıqlamasında hələ bir müddət Kataloniya klubunda qalacağını düşündüyünü deyib:

“Mənə başqa şeylər haqda düşünmək lazım deyil. Son vaxtlar yaxşı məşq edirəm, özümü yaxşı hiss edirəm və əminəm ki, hələ daha bir müddət “Barselona”da qalacam.

Mövsüm bərpa olunduqdan sonra şadlanmaq və əylənmək niyyətindəyəm. Bu isə o deməkdir ki, “Barselona" ilə daha çox kubok qazana bilərəm”.

“Barselona”nın Rakitiçi satmaq istədiyi haqda xəbərlər yayılıb. Onun adı daha çox “İnter”lə hallanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti